Azərbaycanda ağır qəza: ölənlər var – VİDEO

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzada 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, “Mercedes Sprinter” markalı sərnişin daşıyan mikroavtobus qarşısında hərəkət edən mişar daşı ilə dolu “KamAZ” markalı yük maşınına çırpılıb.

Nəticədə ilkin məlumata görə, 2 nəfər ölüb, 8 şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Hadisə zamanı “KamAZ” markalı yük maşını yoldan çıxaraq aşıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.