ceyhun abdullahian

İran və Azərbaycan xarici işlər nazirləri arasında növbəti telefon danışığı baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat paylaşıb.

Telefon danışığında tərəflər iki ölkə arasında razılaşmaların davam etdirilməsinin vacibliyi qeyd edilib.

Xarici işlər nazirlərinin görüşünün iki ölkənin paytaxtlarında gerçəkləşdirilməsi ilə bağlı ümumi razılıq ifadə edilib.

Həmçinin tərəflər iki ölkənin digər orqanları arasında məsləhətləşmələrin davam etdirilməsinin faydalı olacağını bildiriblər.

Qeyd edək ki, hələlik telefon danışığı ilə bağlı rəsmi açıqlama yoxdur.

Paylaş: