Azərbaycan Ukraynaya minaaxtaran maşın verdi

Azərbaycan ukraynalı xilasedicilərə “Revival P” tipli yeni tırtıllı minatəmizləmə maşını təhvil verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

“Azərbaycan tərəfi Poltava vilayətinin xilasedicilərinə “Revival P” mexanikləşdirilmiş minatəmizləmə avtomobilini təhvil verib”, – deyə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatında bildirilir.

Avadanlıq istehsal edən şirkətin nümayəndələrinin Ukraynaya gəldiyi və ukraynalı mütəxəssislər üçün treninqlər keçəcəyi də bildirilir.