Azərbaycan-Türkiyə-Türkmənistan energetika memorandumu imzalandı

Türkmənbaşı şəhərində “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u imzalanıb.

Globalinfo.az bildirir ki, Memorandumu “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanov, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.