Azərbaycan səfiri Qətərin parlament sədri ilə nəyi müzakirə etdi?

ff17e7c7 85b5 31e5 b1f7 66a6b8c51b33 850

Azərbaycanın Dohadakı səfiri Adiş Məmmədov Qətər Dövlətinin Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim ilə parlamentlərarası əməkdaşlığı müzakirə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Yaxın Şərq ölkəsindəki diplomatik missiyasının mətbuat xidməti bildirib.

“12 may tarixində səfir cənab Adiş Məmmədov Məşvərət Şurasının sədri cənab Həsən bin Abdulla Əl-Ğanim ilə görüşüb. Görüş zamanı onlar Azərbaycan Respublikasının Milli Məclisi ilə Qətər Dövlətinin Məşvərət Şurası arasında əməkdaşlıq sahələrini müzakirə ediblər”, – səfirliyin sosial şəbəkə hesabında diqqətə çatdırılıb.

Qeyd edək ki, Məşvərət Şurası (Məclis əş-Şura) Qətərin birpalatalı parlamentidir. O, 45 üzvdən ibarətdir ki, 2024-cü il referendumundan sonra tamamilə əmir tərəfindən təyin olunurlar. Məclis qanunları nəzərdən keçirir, büdcəni təsdiqləyir və icra hakimiyyəti üzərində məhdud nəzarəti həyata keçirir, lakin əsas qərarlar əmirin səlahiyyətində qalır.

355068e0 85d6 3654 bdac 794042ebfd1f