zelenski 900x600 1

Ukrayna Prezidenti Volodimir Zelenski keçmiş baş nazir Yuliya Sviridenkonu ABŞ-də səfir vəzifəsini qəbul etməyə razı salmağa çalışır.

Globalinfo.az xəbər verir ki, bu barədə Financial Times prezident administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Sviridenko Zelenskinin Vaşinqtondakı səfir postu üçün əsas namizədidir. Mənbələrin sözlərinə görə, dövlət başçısı onu ABŞ administrasiyası ilə münasibətlərin və müharibənin taleyi baxımından həlledici dövrdə bu vəzifəni qəbul etməyə inandırmağa çalışır.

Xatırladaq ki, iyulun 14-də Ukrayna Ali Radası 258 deputatın səsi ilə Yuliya Sviridenkonun rəhbərlik etdiyi Nazirlər Kabinetini istefaya göndərib. Sviridenko özü də istefa ərizəsi təqdim edib və sonradan bunu ölkənin qarşıdan gələn çətin qış mövsümü ərəfəsində hökumətin yenilənməsi zərurəti ilə izah edib.

Məlumata görə, Ukraynanın ABŞ-dəki hazırkı səfiri Olqa Stefanışinaya qarşı Milli Antikorrupsiya Bürosunun (NABU) ittiham irəli sürməyə hazırlaşdığı barədə xəbərlərdən sonra Prezident Ofisində onun Sviridenko ilə əvəzlənməsi ideyası yaranıb. Bildirilir ki, Qərbdə müsbət imicə malik olan keçmiş baş nazir bu vəzifə üçün münasib namizəd hesab edilsə də, Sviridenko özü təklifə isti yanaşmır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: