Gəncədə 1 yaşlı uşağın ölüm faktı qeydə alınıb.
Globalinfo.az Report-a istinadla xəbər verir ki, azyaşlı Tərtər rayonundan Gəncə Birləşmiş Uşaq Xəstəxanasına ağır vəziyyətdə gətirilib.
Xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, J. Təhməzzadənin həyatını xilas etmək mümkün olmayıb. Azyaşlının ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.