Azərbaycan MN-dən çağırış: Silahı yerə qoyaraq təslim olun!

 

“Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırıq”.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib.

“Həmçinin ərazidə olan mülki şəxslərə qətiyyen onlara yaxın durmamağı ve hər hansı yardım etməməyi tövsiyə edirik. Tövsiyə xarakerli bildirişlər səsgüclendirici ve digər texniki vasitələrlə çatdırılır”, – o vurğulayıb.