
Azərbaycan Gürcüstanın enerji sistemində baş vermiş qəza ilə bağlı təcili yardım göstərib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev məlumat verib.
Qeyd olunur ki, Azərbaycan Gürcüstanda elektrik xətti qəzasından sonra qonşu ölkənin təcili müraciətinə cavab olaraq dərhal Gürcüstana 380-400 MVt elektrik enerjisi ötürüb.