Azərbaycan elektromobilləşir: Maşın yağları bazarı çökə bilər – VİDEO

Hər keçən il Azərbaycanda elektromobillərə maraq artır.

Globalinfo.az “Xezerxeber.az”a istinadən xəbər verir ki, daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə, bu avtomobillər ekaloji təmiz, qənaəti yüksəkdir.

2022-ci ilin ilk 5 ayında Azərbaycana 3 milyon 745 min dollar dəyərində 130 ədəd elektromobil idxal edilmişdisə, 2023-cü ilin ilk 5 ayında 34 milyon 383 min dollar dəyərində 812 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu il idxal edilən elektromobillərin sayı ötən illə müqayisədə 6 dəfədən çox artıb.

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, idxalın artımına səbəb olan amillərdən biri də bu növ nəqliyyat vasitələrinə güzəştin tətbiq edilməsidir.

Ekspert deyir ki, dillerlər yerli bazarı öyrənib, daha çox hansı markalı elektomobilə maraq varsa onu daha çox idxal edirlər.

“Sürücülər də elektrikli avtomobillərin sərfəli olduğunu deyirlər”.

Onlar ən çox da bu tip nəqliyyat vasitələrinin yanacaq və yağla işləməməsini əsas göstərirlər.

Qeyd edək ki, ölkəmizdə elektrikli avtomobillərə maraq çox olsa da onların elektrik doldurma məntəqələri azdır. Bu da təbii ki, müəyyən qədər problemlərə gətirib çıxarır.

Elməddin Muradlı deyir ki, elektrik avtomobillərə maraq artırsa köhnə maşınların  qiymətində hələ enmə müşahidə edilməyəcək. Təxminən 5-10 il ərzində kütləvi hal aldıqdan sonra ili köhnə olan avtomobillərin qiyməti düşə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: