“Biz hər il çaylarımızda suyun səviyyəsinin azaldığını, Xəzər dənizinin isə səviyyəsinin aşağı düşdüyünü görürük”.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin oktyabrın 10-da Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) iştirakçılarına müraciətində deyilir.
Prezident bildirib ki, Azərbaycan da su qıtlığı ilə üzləşib və bu çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır.