dGXvzYR09JqNlbvnj43uwdY6GW6SGK5FS4O9QSC9 1200

Azərbaycan cüdoçusu Murad Fətiyevin Bakıda təşkil olunan dünya çempionatında qazandığı bürünc medal əlamətdar olub.

Globalinfo.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda qarşılaşmada Serbiya təmsilçisi Nemanja Majdov üzərində qələbə qazanıb.

Fətiyevin əldə etdiyi medal Azərbaycan millisinin bu mundialda 5-ci mükafatı olub. Daha əvvəl Əhməd Yusifov 60 kiloqram çəki dərəcəsində qızıl, Zelim Tçkayev 81 kiloqramda gümüş, Rəşid Məmmədəliyev 73 kiloqramda və Ömər Rəcəbli 81 kiloqramda bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan cüdo millisi dünya çempionatlarında medal sayına görə ən yüksək göstəricisinə çatıb. İndiyədək yığmamız heç bir mundialda 5 medal əldə etməyib.

Qeyd edək ki, Bakıda keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq.

Paylaş: