Azərbaycan çörəyin ucuz olduğu ölkələr sırasındadır – Siyahı

Azərbaycan çörəyin qiymətinin aşağı olduğu ölkələr siyahısına daxil olub.

Globalinfo.az Oxu.az-a istinadən bildirir ki, bu barədə Energyprom.kz saytında məlumat verilib.

Saytda çörəyin qiymətinin aşağı olduğu ölkələrin siyahısı dərc olunub. Azərbaycan 24 fevral  2023-cü il tarixinə olan göstəriciyə görə, bu siyahıda 6-cı yerdə qərarlaşıb.