Qarabağdakı ermənilər Bakıda müalicə ediləcək?

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) sonuncu hərəkətindən sonra biz onlarla tam şəkildə təmasda olmalıyıq ki, eyni şeyləri təkrar edə bilməsinlər. Təşkilata öz etirazımızı bildirməliyik”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O bildirib ki, BQXK fəaliyyətini düzgün icra etməlidir:

“BQXK Qarabağ ərazisinə getmək istəyirsə, bizim başqa rayonlarımızdan da keçib gedə bilər.

Sadəcə, belə bir sual yaranır: xəstələri Laçından keçib Ermənistana aparırlar, bəs digər rayonlarımızdan keçib getsələr, xəstələr hara aparılacaq? Azərbaycan xəstəxanalarına? Bunlar artıq danışıqlar mövzusudur”.

Sabiq nazir deyib ki, Azərbaycan öz vətəndaşlarına yardım etməyə hazırdır:

“Brüssel görüşündə ermənilər “blokada” sözündən çox istifadə etdilər. Amma Azərbaycan açıq şəkildə bildirir ki, vətəndaşımız olan ermənilər üçün Ağdam, Bərdə və digər rayonumuzdan istənilən humanitar yardımı göndərməyə hazırıq. Onlar isə Azərbaycandan dəstək qəbul etmirlər. Rəsmi Bakı bundan artıq nə deməlidir?!”

Zaira Akifqızı
Globalinfo.az