“Azərbaycan başda olmaqla dəstək olan ölkələrə təşəkkür edirəm”

“Azərbaycan başda olmaqla, onun yanında İsrail, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt dəstəyini ifadə ediblər”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hataydakı çıxışında deyib.

“Ümumilikdə 60-dan çox ölkədən Türkiyəyə yardımlar göndərilib. Telefon danışığı zamanı bizə dəstəyin davam etdirəcəklərini bildiriblər. Bütün dəstək verən ölkələrə millət adından təşəkkür edirəm”, – Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, axtarış xilasetmə əməliyyatlarında 18 ölkə nümayəndələri iştirak edir: “Proses davam edir. Hataydakı universitet xəstəxanası da artıq xəsarət alanları qəbul etməyə başlayacaq”.