AYB-də yoxlama başlayır? – Rəsmi CAVAB

Cari ildə Azərbaycan Yazıçılar Birliyində Hesablama Palatası tərəfindən audit aparılması nəzərdə tutulmur.

Globalinfo.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Hesablama Palatasının İnformasiya azadlığı üzrə məsul əməkdaşı Vüqar İbrahimov bildirib.

Qurum rəsmisi qeyd edib ki, Palata öz fəaliyyətini illik iş planı əsasında “Hesablama Palatası haqqında” Q20-ci maddəsinə əsasən həyata keçirir.

“Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti tədbirlərini, eləcə də cari fəaliyyətini əhatə edən 2022-ci il iş üçün İş Planı təsdiq edilib. Cari ildə Azərbaycan Yazıçılar Birliyində Hesablama Palatası tərəfindən audit aparılması nəzərdə tutulmur”.

Qeyd edək ki, oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı keçirilib.

Tədbirdən sonra Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayevin AYB-nin XIII qurultayı üçün ayırılan 203 min manatın hara xərclənməsi barədə suala cavabında jurnalisti təhqir edərək, “Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən”, deməsi böyük qalmaqala səbəb olub.

Mədəniyyə Nazirliyindən Modern.az-a bildirilib ki, AYB hesabatı dekabrda açıqlayacaq.