rasim balayev 9

Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədrin seçilməsi Xalq artisti Rasim Balayevin qırx mərasimindən sonra baş tutacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq AKİ-dən bildirilib.

    Qeyd edilib ki, o vaxta kimi təşkilatı məsələlərlə bağlı heç bir addım atılmayacaq: “Nizamnaməyə əsasən, AKİ-də operativ məsələləri katiblik həll edir. Qırx mərasimindən sonra təşkilati addımlar atılacaq və nizamnaməyə görə sədr Ümumi qurultayda seçiləcək”.

    Xatırladaq ki, mərhum Xalq artisti Rasim Balayev 2024-cü ildə AKİ-nin sədri seçilmişdi.

    Paylaş: