Avtobuslarda gedişhaqqı bahalaşdı – Bu şəkildə hesablanacaq

Ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Tarif Şurasının bugünkü iclasında qərar qəbul edilib.

Bildirilib ki, şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub.