q2

Xəbər verdiyimiz kimi, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu, 36 yaşlı Rüstəm Hacıyev ötən gün evlənib.

Globalinfo.az bildirir ki, axşam.az-ın məlumatına görə, o, 20 yaşlı rusiyalı bloger Avrora Kiba ilə nikah masasına oturub. Toy Bakıda hotellərdən birində keçirilib.

Gecədə qonaqlara məclisdən heç bir görüntü paylaşmamaq tapşırılıb. Bütün qonaqlara çəkiliş qadağası qoyulıub.

Toyda bir çox məşhur sima qonaq olub. Məclisdə öz görüntülərini Rusiyada məşhurlaşan model Gülsara paylaşıb. Gecədə məkandan görüntülər yayılıb və toy sahiblərinin xahişi ilə əlavə şəkil paylaşılmadığı qeyd edilib.

Qeyd edək ki, Avrora ilə Rüstəm bu ilin fevralında Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən karnavalda tanış olublar. 8 aydır birlikdə olan cütlük evlənmək qərarına gəlib. Onlar bu yay Bakıda keçirilən “DreamFest”də də birlikdə görüntüləniblər.

“skndl” instaqram səhifəsi toyda Xalq artisti Zülfiyyə Xanbabayeva, Əməkdar artist Abbas Bağırov, rusiyalı ifaçı Leonid Aqutinin çıxış etdiyini yazıb.

showpic el100showpic el100showpic el100showpic el100showpic el100showpic el100showpic el100showpic el100showpic el100

Paylaş: