Birləşmiş Ştatlar Rusiyanın öz Silahlı Qüvvələrinin sayını artırmaq qərarını yüksək qiymətləndirir.
Globalinfo.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder deyib.
O bildirib ki, ABŞ Putinin bu qərarına ciddi yanaşır.
“Biz bu bəyanatları mütləq şəkildə ciddi qəbul etməliyik”, – deyə Rayder vurğulayıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ordunun ştat səviyyəsinin 2 milyon 389 min 130 nəfər (1 milyon 500 min hərbi qulluqçu) müəyyən edilməsi haqqında fərman imzalayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az