“Avropadan qayıdan Zelenski xalqın qəzəbi ilə üzləşəcək” – SƏBƏB

“Ölkədə vergilərin artırılması ilə bağlı qanuna görə Zelenski xalqın qəzəbi ilə üzləşə bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat dərc edib.

“Zelenski Avropadan qayıdandan sonra çox güman ki, Ukrayna əhalisinin narazılığı ilə üzləşməli olacaq. Çünki vergilərin artırılması heç bir ölkədə xalqın dəstəyini qazanmır. Xüsusilə söhbət iqtisadiyyatı müharibə nəticəsində məhv olan Ukraynadan gedirsə… Üstəlik, ukraynalılar dövlət büdcəsinə daxil olan vəsaitin oğurlanacağından qorxurlar. Kiyevdə isə deyirlər ki, ölkə müstəqil olaraq yalnız hərbi büdcə xərclərini ödəyə bilər, qalan hər şey müttəfiqlərin köməyi ilə maliyyələşir. Hökumət 1,6 trilyon qrivna (38,68 milyard dollar) kəsiri özündə əks etdirən 2025-ci il büdcə layihəsini Ali Radaya təqdim edib. Gələn ilin sonun kimi ölkənin dövlət borcu ÜDM-in 101,8%-ni təşkil edəcək. Belə olan halda 34,8 milyard dollar xarici kreditlərin cəlb edilməsi planlaşdırılır. Qərb müttəfiqləri isə israrla Kiyevə özünü maliyyələşdirmək imkanlarını artırmaq üçün daha çox mənbələr axtarmağı tövsiyə edirlər”, – nəşr yazıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az