“Avropa Komissiyası (AK) Yaxın Şərqdəki nümayəndəliklərinin əməkdaşları üçün təhlükəsizlik tədbirlərini gücləndirib”.
Globalinfo.az xəbər verir ki, bunu AK nümayəndəsi Ənvər əl-Anuni deyib.
“Biz vəziyyəti yaxından izləməyə davam edirik. Missiya heyətinin təhlükəsizliyi bizim prioritetimizdir”, – bildirib.
Qeyd edək ki, iyunun 13-də İsrail SEPAH-ın Tehrandakı qərargahına və İranın nüvə proqramının əsas obyektlərinə zərbələr endirib.
Əliyar Xəlil
Globalinfo.az