asb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) minlərlə hərbçisinin Şərqi Avropadan çıxarılmasını nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə “NBC News” kanalı məlumat yayıb.

“Pentaqonun yüksək rütbəli məmurları təxminən 10 min ABŞ əsgərinin Şərqi Avropadan çıxarılması təklifini dəyərləndirir. Sözügedən əsgərlər Rusiyanın işğalından sonra Ukrayna sərhədindəki ölkələrin müdafiəsini gücləndirmək üçün Co Bayden administrasiyası tərəfindən bölgəyə göndərilən 20 minlik personala daxildir”, – kanal vurğulayıb.

Qeyd edək ki, Avropada 80 min ABŞ əsgərinin olduğu bildirilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: