pua esas

Rusiyanın Sankt-Peterburq şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyaya məxsus teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, hücum Ukraynaya məxsus PUA-larla törədilib.

Sankt-Peterburqda yaşayış binalarının üzərindən PUA-ların uçuşu qeydə alınıb.

PUA-lardan biri binaya çırpılıb. Yerli sakinlərin sözlərinə görə, hadisə baş verən vaxt evlərin içində insanlar olub.

Hadisə nəticəsində yaşayış binasının eyvanları zədələnib, şüşələri sınıb.

Qubernator Aleksandr Beqlovun sözlərinə görə, xəsarət alan olmayıb.

Paylaş: