Avropa İttifaqından Ermənistana jest – “Dəstəkləyirik”

“Avropa İttifaqına üzv olan 27 ölkənin Xarici İşlər Nazirləri Şurasının sessiyası zamanı digər məsələlərlə yanaşı, Aİ-nin Ermənistana dəstəyi, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsi də müzakirə olunub”.

Globalinfo.az xəbər verir ki,bu barədə erməni KİV məlumat yayıb.

“Sessiyanın sonunda Aİ-nin xarici əlaqələr üzrə mətbuat katibi Piter Stano məlumat verdi ki, xarici işlər nazirləri sessiyada Ermənistanı dəstəklədiklərini bir daha təsdiqləyərək, noyabrda keçirilmiş sessiyanın yekunları ilə bağlı elan edilmiş bütün elementləri, habelə Ermənistan-Aİ münasibətlərinin yeni gündəliyi barədə danışılıb”.

Safura Bənnayeva
Globalinfo.az