putin 09

ABŞ Ədliyyə Nazirliyi Kremlə yaxın biznesmenlərin aktivlərinin araşdırılması ilə bağlı işçi qrupunu buraxacaq.

Globalinfo.az xəbər verir ki, məlumatı “Reuters” baş prokuror Pem Bondinin işgüzar yazışmaları ilə tanış olduqdan sonra yayıb.

Məlumata görə, rusiyalı biznesmenlərə qarşı sanksiyaların tətbiqinin izlənməsi ilə məşğul olan qrupa ayrılan resurslar narkokartellər və beynəlxalq cinayətkarlara qarşı fəaliyyətə yönləndiriləcək. Üstəlik, qrupa daxil olan prokurorların əvvəlki iş yerlərinə qaytarılacağı bildirilib. Qərarın 90 gün müddətində qüvvədə olacağı və uzadıla biləcəyi vurğulanıb.

Qeyd edək ki, rusiyalı biznesmenləri izləyən “KleptoCapture” qrupu 2022-ci ildə yaradılıb. Qrup xüsusilə rusiyalı oliqarxlara sanksiyaların bütün dünya üzərində tətbiqini izləyirdi. Qrupun sayəsində rusiyalı oliqarxların 700 milyon dollarlıq aktivləri müsadirə edilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: