Astanada Ərdoğanla Putin arasında görüş başa çatdı – YENİLƏNİB

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş başa çatıb.

Globalinfo.az bildirir ki, “Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

O, müzakirələrin bir saat yarım çəkdiyini söyləyib.

D.Peskov bildirib ki, dövlət başçıları Rusiya ilə Ukrayna arasında davam edən savaşın nizamlanması barədə fikir mübadiləsi aparmayıblar.

***13:54

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Globalinfo.az bildirir ki, APA-nın İstanbul müxbirinin xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Görüş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində baş tutub.