Aşotun oğurlanması: məhkəmə önündə qarşıdurma – Video

İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşotun oğurlanması hadisəsində təqsirləndirilən Qayana Akopyanın məhkəməsi keçirilir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, ermənilər iclasın keçirildiyi məhkəmənin qarşısına toplaşıblar.

Burada ölən hərbçi valideynləri ilə polislər arasında qarşıdurma baş verib.

Qeyd edək ki, Nikol Paşinyanın oğlunu oğurladığı iddia edilən şəxslər müharibədə ölən əsgərlərin analarıdır. Onlar Aşotla söhbət etmək üçün çağırdıqlarını, Aşotun özünün maşına oturduğunu bildirirlər, kiçik Paşinyanın vəkili isə oğurlandığını iddia edir.

Hər iki tərəf bununla bağlı video yayıb.