arz 1

Dekabrın 30-da Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaqları ziyarət ediblər.

Globalinfo.az xəbər verir ki, ziyarət zamanı müəssisə sakinləri öz məharətlərini göstərib, hazırladıqları səhnəciyi, milli və xarici ölkələrin, cümlədən vətənpərvərlik ruhunda bir-birindən maraqlı rəqs nümunələrini nümayiş etdiriblər.

Şaxta baba və Qar qızın, o cümlədən cizgi film qəhrəmanlarının iştirakı isə uşaqların ovqatını daha da yüksəldib.

Arzu Əliyeva və Alena Əliyeva da uşaqların əyləncəsinə qoşulub, onların sevinclərini bölüşüblər.

Sonda 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinə lazımi avadanlıqlar, balacalara isə hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Həmçinin Arzu Əliyevaya balacaların adından xatirə hədiyyəsi təqdim edilib.

arz 2 arz 3 arz 4 arz 5 arz 6 arz 7 arz 8 arz 9 arz 10 arz 12 arz 13 arz 14 arz 15 arz 16 arz 17 arz 18 arz 19 arz 20 arz 21 arz 22 arz 23

Paylaş: