arif hesimov

Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi aidiyyəti dövlət qurumları ilə birgə işlənib hazırlanır və ümumi yığıncaqda müzakirə olunacaq. Təkliflər əsasında daha da təkmilləşdiriləcək.

Globalinfo.az bildirir ki, bunu APA-ya açıqlamasında AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov deyib. Onun sözlərinə görə, lakin hazırda AMEA-nın ümumi yığıncağının nə vaxt keçiriləcəyi bəlli deyil.

O bildirib ki, AMEA-nın prezidentinin seçilməsi məsələsi yeni Nizamnamədə əvvəlki ilə eyni cür əksini tapıb:

“Müəyyən dəyişiklilərlə bağlı təkliflər var. Bu da nəzərə alınacaq. AMEA-nın prezidenti əvvəl olduğu kimi yenə də ümumi yığıncaqda seçiləcək. Ümumi yığıncağın səlahiyyətləri öz yerində qalır”.

Arif Həşimov qeyd edib ki, AMEA–nın yeni Nizamnaməsi Nazirlər Kabinetinə təqdim edilib:

“Burada əməkdaşların sayı, yeni struktur və digər məsələlər öz əskini tapıb. Təsdiq edildikdən sonra ətraflı məlumat veriləcək. Yeni Nizamnamədə AMEA-nın hüquqi statusu da öz əksini tapıb”.

AMEA-nın Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən İnstitutlarına gəldikdə isə akademik qeyd edib ki, bu proses ilin sonuna kimi yekunlaşacaq:

“Nəzərə alaq ki, əməkdaşlar məzuniyyətdən qayıtdıqdan sonra işlər daha da sürətlənib. Əsas fəaliyyət sentyabrdan başlayıb”.

Paylaş: