Araikin yaxın dostu, məşhur separatçı “Laçın” postunda həbs edildi

Qarabağdakı keçmiş qondarma rejimin “milli təhlükəsizlik xidmətinin rəhbəri” Ararat Melkumyanın Laçın yolunda həbs edildiyi iddia olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı və sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb.

İddialara görə, o, Həkəri körpüsü yaxınlığında həbs edilib.

Qeyd edək ki, Ararat Melkumyan Araik Arutyunyanın yaxın dostudur. “Çolka” ləqəbi ilə tanınır. O, bu “vəzifəyə” Vitali Balasanyanın yerinə təyin edilmişdi.

A.Melkumyan hər iki Qarabağ müharibəsində və aprel döyüşlərində aktiv iştirak edib. Həmçinin 2022-ci il sentyabr döyüşlərində də Ermənistanla sərhəddə Azərbaycana qarşı savaşıb.

Ayşən Mustafa
Globalinfo.az