
“Xəzər Xəbər”in aparıcısı Nigar Mahmudova maraqlı çıxışı ilə diqqət çəkib.
Globalinfo.az bildirir ki, aparıcı efir başlayarkən cənubi azərbaycanlıları da salamlayıb.
“O taylı-bu taylı Azərbaycan, axşamınız xeyir. Artıq Cənubi Azərbaycanı da salamlayırıq. İranın xətrinə dəyməmək üçün əvvəl “Cənubi Azərbaycan”, “cənubi azərbaycanlılar” ifadələrini işlətmirdik. “İranda yaşayan Azərbaycan türkləri” deyirdik. Amma molla rejimi bizə qarşı o qədər təxribat etdi ki, biz də hər şeyi öz adı ilə adlandırmalıyıq”.
Aparıcının Cənubi Azərbaycanla bağlı bu çıxışı sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.
Zaira Akifqızı, Globalinfo.az