Marqara razılaşması: Bakı icazə vermir – Erməni KİV

Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsi istismara hazırdır, lakin açılışı baş tutmur.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi medianın soruğusuna cavabında bildirib.

Qeyd edilib ki, Ermənistan üçüncü ölkə vətəndaşları, diplomatik pasportu olan şəxslər üçün sərhədlərin açılması ilə bağlı Türkiyədən müsbət siqnallar gözləyir.

Erməni mediası yazır ki, İrəvan və Ankara arasında razılaşma ötən ilin iyulunda əldə edilib, lakin nəzərəçarpacaq irəliləyiş yoxdur.

“Bu, şübhəsiz ki, siyasi reallıqlarla bağlıdır. Türkiyə bunu Ermənistan-Azərbaycan sülh müqaviləsi prosesində irəliləyişlə əlaqələndirir”, – deyə erməni KİV prosesin yenə də Bakıdan asılı olduğunu vurğulayıb.

Safura Bənnayeva
Globalinfo.az