meleyke 1 900x614 1

“Müəllimlərə kömək üçün xüsusi platforma yarada bilərik. Hər müəllim özü üçün (süni intellekt) assistent yaratsın və bu assistent onu idarə etsin”.

Globalinfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.

O qeyd edib ki, bunun üçün müəllimləri təlimlərə cəlb etmək olar: “1988-ci ildə mən ilk dəfə mühazirə oxuyanda səhər saat 6-da anamı yuxudan oyadırdım, informatikadan mühazirəni ona oxuyurdum. Çünki onda mənim üçün Azərbaycan dilində professional terminləri demək çətin idi. O mənim faktiki olaraq assistentim idi.

İndi isə hər şey dəyişib. Hər bir müəllimin də elə Aİ assistenti ola bilər. Müəllimləri Aİ ilə işləmək üçün hansısa təlimlərə cəlb etmək lazımdır”.

Paylaş: