Norveçdə çoxuşaqlı ana oğluna yuxusunda gördüyü qeyri-adi bir ad qoyduğuna görə həbs edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Mirror” nəşri yazıb.
Belə ki, 14 uşaq anası Kirsti Larsen doğuşdan qısa müddət əvvəl yuxusunda övladına “Bridge” adını verməli olduğunu deyən bir səs eşidib. O, ibrani dilindəki ekvivalenti olan “Geşer” adını seçib. Lakin Norveç hakimiyyəti adı çox yad və qeyri-adi hesab edərək qeydiyyatdan keçirməkdən imtina edib.
Ölkədə uşaqlara onların nüfuzuna zərər verə biləcək adların verilməsini qadağan edən qaydalar olduğu üçün məhkəmə anaya cərimə kəsib, lakin o ödəməkdən imtina edib. Buna görə də onun cəriməsi iki günlük həbslə əvəz edilib.
Əliyar Xəlil
Globalinfo.az