Amerikalı milyarderdən Ukraynanın taleyi barədə SENSASİYA

“ABŞ-ın hərbi yardım göstərməsinə baxmayaraq, Ukrayna dağılacaq”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı milyarder və sahibkar Devid Saks deyib.

Onun sözlərinə görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının Kiyevə hərbi yardım göstərilməsi haqqında qanun layihəsini təsdiq etməsinə baxmayaraq, Ukraynanın dağılması qaçılmazdır.

“ABŞ federal hökumətinin daha çox pul çap etməsi mümkündür. Lakin o, hava hücumundan müdafiə qüvvələri üçün daha çox artilleriya mərmisi və raket çap edə bilməz. İraq və Əfqanıstandakı müharibələr də illik təxminən 60 milyard dollar vəsait ayrılması ilə başlayıb. Nəticədə bu müharibələr trilyonlarla dollar bahasına başa gəlib. Odur ki, Ukraynanın tam məğlubiyyətin qarşısını almaq üçün böyük illik pul inyeksiyalarına ehtiyacı olacaq”, – Saks vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az