“Amburan”dakı qiymətlər görənləri şok etdi – 21 manata su…

Azərbaycanda məşhur istirahət mərkəzlərindən biri olan “Amburan Beach Club”da qiymətlər müştəriləri heyrətə salıb.

Globalinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə foto paylaşılıb.

Belə ki, sözügedən istirahət mərkəzində 0.75 litrlik qazsız sirab üçün 21 manat, 0.33 litrlik kolaya görə 33 manat, çörək üçün 7 manat 50 qəpik tələb edilib.

Qəlyan üçün isə müştər 264 manat ödəməli olub.