xa2Rb6VVcPnj1KLj8dVv87fWblsYTJzW2JS1m3hW 1200 1 1

Almaniyanın Xarici İşlər Nazirliyi vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib və artıq ölkədə olanları isə mümkün qədər tez İranı tərk etməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə nazirlik bildirib. Qeyd olunub ki, İranda daxili siyasi gərginliklər və əsassız həbslər riski yüksəkdir, həmçinin Almaniyanın Tehrandakı səfirliyi hazırda yalnız məhdud konsulluq dəstəyi göstərə bilir.

Bildirilir ki, 24 iyun 2025-ci il tarixində İsrail ilə İran arasında atəşkəs qüvvəyə minməsinə baxmayaraq, bölgədə təhlükəsizlik vəziyyətinin yenidən gərginləşməsi və hava nəqliyyatına təsirlərin ortaya çıxması istisna deyil.

Tahir Turan

Globalinfo.az

Paylaş: