AP 3C Orion 2008

Almaniyanın “R-3C Orion” hərbi təyyarəsi Baltik dənizi üzərində Rusiya sərhədinə yaxınlaşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Teleqram kanalı məlumat yayıb.

“Hava hədəfinin müəyyən edilməsi və Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasının qarşısının alınması məqsədilə Qərb Hərbi Dairəsinin Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus Su-27 qırıcısı havaya qaldırılıb.  Rusiya qırıcısının ekipajı hava hədəfinin Almaniya Hərbi Dəniz Qüvvələrinin “R-3C Orion” baza patrul təyyarəsi olduğunu müəyyən edib. Heç bir pozuntu qeydə alınmayıb, alman təyyarəsi geri dönmək məcburiyyətində qalıb”.

Paylaş: