ABŞ-ın dəniz blokadası İranın neft ixracına ciddi zərbə vurub. Ölkənin əsas neft terminalı olan Xark adasında artıq ən azı bir həftədir heç bir tanker yüklənməyib.
Globalinfo.az-ın xəbərinə görə, “Financial Times” yazır ki, terminal iyulun 31-dən fəaliyyət göstərmir və üç yanalma körpüsünün hamısı boş qalıb.
İran neft ixracının təxminən 90 faizi Xark terminalından həyata keçirilir. Nəşrin məlumatına görə, blokada Tehrana neft hasilatını azaltmağa da məcbur edir. Buna səbəb anbarların dolmaq üzrə olmasıdır.
Hazırda daha əvvəl göndərilmiş neft partiyalarından gəlirlər daxil olmaqda davam edir, lakin “Financial Times” xəbərdarlıq edir ki, bu gəlir axını yaxın həftələrdə tükənə bilər.
Aysel Əliyeva
Globalinfo.az