Alimpaşa Məmmədovun işini bu hakim araşdıracaq – FOTO

Şəmkirin sabiq icra başçısı Mahir Quliyevin cinayət işinə sədrlik edəcək yeni hakim məlum olub.

Globalinfo.az bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılan iş hakim Elmin Rüstəmovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Alimpaşa Məmmədovun cinayət işi hakim Nural Əliyevin icraatına verilmişdi. Onun sədrliyi ilə 5 iclas keçirilib. Bir müddət əvvəl isə Nural Əliyev Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.