Aleksey Danilov: Qərb qoşunları Ukraynaya yerləşdirilə bilər

Ukraynaya Qərb qoşunları yerləşdirilə bilər.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

O bildirib ki, Qərb Ukraynaya təkcə silahla deyil, həm də qoşunla kömək etməyə hazırdır.

“Müvafiq qərar veriləcəyi təqdirdə, bəzi ölkələrin hərbi birləşmələrinin ölkəmizdə peyda olmasını qətiyyən istisna etmirik”.

Milli Təhlükəsizlik Şurasının katibi eyni zamanda Ukraynaya əcnəbi hərbçilərin yerləşdirilməsi məsələsinin həssaslığına diqqət çəkib və bunun həmişə müzakirəyə açıq olmayacağını vurğulayıb.

Danilov indiki məqamda Qərb tərəfdaşlarından vaxtında silah göndərilməsini gözlədiklərini bildirib.

Əliyar Xəlil
Globalinfo.az