“İran İslam Respublikasının (İİR) hava hücumundan müdafiə (HHM) gücləndirilməsi ABŞ və İsraili təəccübləndirib və narahat edib”.
Globalinfo.az xəbər verir ki, bunu erməni iranşünas Tiqran Davudyan deyib.
O bildirib ki, İran silahlı qüvvələri son günlərdə ABŞ-ın yüksək texnologiyalı bombardmançılarını vurmaqda uğur qazanıblar:
“Hərbi ekspertlərin fikrincə, İran Rusiyadan hərəkətli zenit raket sistemləri və hətta C-500 sistemi alıb və bunlarla ABŞ hərbi təyyarələrini vururlar”.
Qeyd edək ki, İran iki gün əvvəl öz ərazisində ABŞ-a məxsus F-15 bombardmançısını vurub.
Safura Bənnayeva
Globalinfo.az