Akar xəbərdarlıq etdi: “Ağlınızı başınıza yığın!”

 

“Yunanıstanın təhriklərinə əhəmiyyət vermədən öz haqqımızı qoruyacağıq”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə hansısa ölkə üçün təhdid deyil:

“Yunanıstana demək istəyirik ki, güvəndiyiniz dağlara qar yağmadan ağlınızı başınıza yığın. Tarixdən dərs çıxarın. Unutmayın ki, güclü Türkiyə güclü NATO deməkdir. Biz Şimali Kiprin hüquqlarını qorumağa davam edəcəyik”.