İrana daha bir zərbə – SEPAH da “vuruldu”

Avropa İttifaqı (Aİ) İranın bir neçə qurumuna sanksiya tətbiq edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Avropa İttifaqı Rusiyanın Ukraynadakı müharibəsində hərbi dəstəyinə görə SEPAH Hərbi Hava Qüvvələrinə, SEPAH Cihad Təşkilatına, “Ouc Avia” şirkətinə, “Paravar Pars” şirkətinə, Qüds Aviasiya Sənayesinə və Şahed Aviasiya Sənayesinə sanksiya tətbiq edib.