Ağstafada üç nəfər dəm qazından zəhərləndi

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Böyük Kəsik kənd sakinləri – 1987-ci il təvəllüdlü Hava Əliyeva, 1958-ci il təvəllüdlü Aybəniz Osmanova və 2001-ci il təvəllüdlü Yuxarı Göycəli kənd sakini Tahminə Hüseynova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Məlumata görə hər üç şəxs yaşadığı evdə dəm qazında zəhərlənib.