Salyanda avtomobil velosipedlə gedən yeniyetmələri vurdu, ölən var – FOTO

Salyanda avtomobil iki yeniyetməni vurub, onlardan biri ölüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyan sakinləri, 2007-ci il təvəllüdlü Abbasov Əfqan Yamin oğlu və 2010-cu il təvəllüdlü Abbasov Murad Samir oğlunu vurub.

Abbasov Əfqan aldığı xəsarətlərdən xəstəxanada ölüb, Abbasov Murad isə Salyan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun Qardili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Mirzəyev Cəbrayıl Elşah oğlu hərəkətdə olan VAZ-2106 nömrəli maşınla  kənd sakinləri – 2007-ci il təvəllüdlü Abbasov Əfqan Ramil oğlu və onun əmisi oğlu, 2010-ci il təvəllüdlü Abbasov Murad Samir oğlu velosipedlə gedərkən onları avtomobil vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmələr Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.