Ağstafada dönərdən kütləvi zəhərlənmə – ADLAR

doner iki

Ağstafada dönərdən zəhərləndiyi ehtimal edilənlərin adları məlum olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılanlar bunlardır:

Ağstafa rayon sakinləri, 2021-cü il Ö.Abbasov, 2006-cı il təvəllüdlü N.Abbasova, 1997-ci il təvəllüdlü M.Məmmədli, 2023-ci il təvəllüdlü Z.Məmmədli, 1971-ci il təvəllüdlü M.Rəhimova, 2018-ci il təvəllüdlü H.Sadıqzadə, 2015-ci il təvəllüdlü G.Sadıqzadə, 2013-cü il təvəllüdlü F.Yolçiyeva, 2004-cü il Ə.Zaman və 1944-cü il təvəllüdlü H.Rəhimovadır.

Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

***

Ağstafada 9 nəfər qidadan zəhərlənib

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, üçü uşaq olmaqla 9 nəfər qida zəhərlənməsi ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Onların Ağstafa şəhər ərazisində fəaliyyət göstərən obyektlərin birindən aldıqları dönərdən zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.