IMG 0087

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə faciəvi hadisə baş verib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan məlumata görə, nəzarətsiz ərazidə 4 nəfərin batması barədə siqnal alınıb.

Globalinfo.az xəbər verir ki, FHN-in dalğıc-xilasediciləri dərhal axtarışlara cəlb olunub. Operativ əməliyyat nəticəsində 1975-ci il təvəllüdlü Rasim Məmmədov və onun 2016-cı il təvəllüdlü qızı Aytən Məmmədzadə xilas edilib.

Dalğıclar 2005-ci il təvəllüdlü Raul Məmmədovun meyitini sudan çıxarıb aidiyyəti üzrə təhvil veriblər. Hazırda 2007-ci il təvəllüdlü Zeynəb Məmmədzadənin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş: