Ceyhun hasimov

“Allaha sonsuz həmd sənalar olsun salamatdırlar. Qardaşım Ceyhun Haşımovun durumu ilə əlaqədar çox saylı zənglər alırıq. Hər birinizə maraqlanmağınız və dəstəyiniz üçün təşəkkürümü bildirirəm”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Yevlaxda qəzaya düşən futbol hakimi Ceyhun Haşımovun qardaşı Mübariz Haşımov qeyd edib.

O, qardaşının həyatı üçün təhlükə olmadığını bildirib:

“Təcili tibbi yardım avtomobili Bakıya yola düşüb. Xəsarət halları olsa da, heç birinin səhhətində həyatı təhlükə yoxdur. Qəzanın başvermə dərəcəsini nəzərə alaraq deyə bilərik ki, həqiqətən yaxşı qurtarıblar. Elmin Süleymanova da şəfa diləyirik”.

Qeyd edək ki, Yevlaxın Tanrıqulular kəndində “Opel” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Elmin Vilayət oğlu Süleymanov, 1984-cü il təvəllüdlü Babayev Rəsul Sərvan oğlu, 1974-cü il təvəllüdlü Haşımov Ceyhun Səfər oğlu, 1999-cu il təvəllüdlü Abdullayev Asif Abdulla oğlu və 1984-cü il təvəllüdlü Rəcəbov Rövşən Kərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu isə aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Paylaş: